EN

"Forbes" ABŞ-ın 250 ən mühüm innovatorunun siyahısını dərc edib

"Forbes" ABŞ-ın 250 ən mühüm innovatorunun siyahısını dərc edib

Dünyanın nüfuzlu biznes jurnalı "Forbes" ABŞ-ın 250 ən mühüm innovatorunun siyahısını dərc edib.

AFN.az xəbər verir ki, reytinqin ilk üç pilləsində amerikalı sahibkarlar İlon Mask, Ceff Bezos və Bill Qeyts qərarlaşıb. Jurnal İlon Maskı müxtəlif sahələrdə beş çoxmilyardlıq şirkətin əsasını qoyan tarixdə ilk şəxs kimi xarakterizə edib.

Ceff Bezosun pərakəndə satış sənayesində inqilab etdiyi, bulud hesablamaları sahəsində pioner olduğu, həmçinin süni intellekt və Ayın mənimsənilməsi layihələri ilə fərqləndiyi vurğulanıb. Bill Qeyts isə fərdi kompüterlər və proqram təminatı sahəsindəki uğurlarından sonra dünyada poliomielit kimi xəstəliklərin kökünün kəsilməsinə böyük töhfə verən xeyriyyəçi kimi siyahının ön sıralarında yer alıb.

Siyahıda həmçinin kino sənayesində yeni texnologiyalar tətbiq edən "Ulduz müharibələri"nin rejissoru Corc Lukas, "Nvidia" şirkətinin rəhbəri Censen Huanq, "OpenAI"ın rəhbəri Sem Altman və "Nike"ın həmtəsisçisi Fil Nayt kimi tanınmış simalar da yer alıb. "Forbes" qeyd edir ki, bu şəxslər təkcə öz sahələrində uğur qazanmaqla kifayətlənməyib, həm də qlobal iqtisadiyyatın və texnologiyanın inkişaf istiqamətlərini kökündən dəyişiblər.

Chosen
87
afn.az

1Sources