EN

ABŞ maliyyə naziri Rusiya neftinə tətbiq edilən sanksiyaların ləğvini istisna etmir

ABŞ maliyyə naziri Rusiya neftinə tətbiq edilən sanksiyaların ləğvini istisna etmir

Ukrayna böhranı sülh yolu ilə həll olunarsa, Rusiya neftinə qarşı tətbiq edilən sanksiyalar aradan qaldırıla bilər.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent "Fox News" telekanalına verdiyi müsahibədə bildirib. Nazirin sözlərinə görə, bu addım qlobal enerji bazarında qiymətlərin əhəmiyyətli dərəcədə aşağı düşməsinə şərait yaradacaq. Bessent vurğulayıb ki, sülh sövdələşmələri əldə olunarsa, təkcə Rusiya deyil, həmçinin Venesuela və İranda da ticarət məhdudiyyətləri yumşaldıla bilər və bu, dünya bazarına böyük həcmdə neftin daxil olması ilə nəticələnər.

Bununla belə, maliyyə naziri qeyd edib ki, hazırda "bütün seçimlər masadadır" və gələcək addımlar Rusiya rəhbərliyinin sülh danışıqlarındakı mövqeyindən asılı olacaq. Belə ki, əgər danışıqlarda irəliləyiş olmazsa, ABŞ-ın Rusiya neftini daşıyan "kölgə donanmasına" qarşı sanksiyaları daha da sərtləşdirəcəyi gözlənilir.

Donald Tramp administrasiyasının əsas hədəfi bu sanksiyalardan "maksimum təzyiq" aləti kimi istifadə edərək tərəfləri razılığa gətirməkdir. Eyni zamanda, Bessent əlavə edib ki, "Rosneft" və "Lukoil" kimi nəhəng şirkətlərə qarşı tətbiq edilən mövcud məhdudiyyətlər artıq Moskvanı danışıqlar masasına oturmağa sövq edən mühüm amillərdən birinə çevrilib.

Chosen
15
afn.az

1Sources