EN

Bu ölkədə qızılcadan ölənlərin sayı artdı

Meksikada 2025-ci ildən bəri tüğyan edən qızılca epidemiyası nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Meksikanın səhiyyə naziri David Kerşenobiç məlumat verib.

Nazirin sözlərinə görə, ölkədə epidemiya başlayandan bəri rəsmi olaraq 9074 yoluxma halı qeydə alınıb.

Meksika Prezidenti Klaudiya Şeynbaum da ölkənin kifayət qədər peyvənd ehtiyatına malik olduğunu bildirib:

“Hazırda Meksikada 28 milyon doza qızılca peyvəndi mövcuddur və bu, genişmiqyaslı vaksinasiya kampaniyası vasitəsilə virusun yayılmasının qarşısını almaq üçün kifayətdir”.

Səhiyyə rəsmiləri isə əhalini, xüsusilə də uşaqları peyvənd olunmağa çağırıb.

Chosen
37
1
bakivaxti.az

2Sources