EN

Ukraynaya 60 milyard avro xarici dəstək lazımdır

Ajans.az xəbər verir ki, Pistorius bunu Brüsseldə Aİ ölkələrinin müdafiə nazirlərinin görüşünə gələrkən bildirib. “Yalnız bu il Ukraynanın ehtiyaclarının təmin edilməsi üçün xarici dəstəyə tələbatı 60 milyard avro təşkil edir. Buna görə də həm ikitərəfli, yəni milli mənbədən, həm də Avropa mənbəyindən ayrılan hər milyard əhəmiyyətlidir”, – deyə nazir qeyd edib.

Nazir bəzi ölkələrin Aİ-nin Ukraynaya krediti ikitərəfli dəstəyin azalmasına gətirib çıxara biləcəyi ilə bağlı narahatlıqlarını bölüşdüyünü qeyd edib.

“Bu narahatlığı, əlbəttə ki, bölüşürəm, çünki bizə artıq mövcud vəsaitlərin üzərinə əlavə resurslar lazımdır”, – deyə o bildirib.

Chosen
8
3
Ajans.az

4Sources