Filippinli "fud-bloqer" 51 yaşlı Emma Amit "qırmızı şeytan" xərçəngini yediyi üçün ölüb.
"Unikal" xəbər verir ki, dostları ilə dəniz məhsullarına ovlayan Amit tutduğu dəniz canlısını kokos südündə bişirib yeyib və bütün bu hadisəni lentə alıb.
Ertəsi gün qida bloqçusu xəstələnib - onda qıcolmalar başlayıb və dodaqları göyərib. O, xəstəxanaya huşsuz vəziyyətdə gətirilib və yeməkdən iki gün sonra ölüb.
Ölümə səbəb zəhərli "qırmızı şeytan" xərçəngləri olub. Onların ətində bişirildikdən sonra belə məhv olmayan neyrotoksinlər var.