EN

Buenos-Ayresdə etiraz aksiyası zamanı toqquşmalar baş verib

Argentina polisi Buenos-Ayresdə əmək islahatlarına qarşı nümayiş keçirən etirazçılara qarşı iğtişaş vasitələrindən istifadə edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Toqquşmalar bir qrup etirazçı polisə daş atmağa başladıqdan sonra başlayıb. Hüquq-mühafizə orqanları su şırnaqlarından və göz yaşartıcı qazdan istifadə edib.

Minlərlə insanın qatıldığı etiraz aksiyası, senatorların hazırda əmək qanunvericiliyi islahatlarını müzakirə etdiyi Konqres binasının qarşısında keçirilir.

Chosen
20
ucnoqta.az

1Sources