EN

WhatsApp domeni Rusiyada server qeydlərindən yoxa çıxdı

Rusiyada WhatsApp messencer domeni Roskomnadzorun DNS serverindən yoxa çıxıb.

Ucnoqta.az xəbər verir ki, "Kommersant" qəzeti bu barədə məlumat yayıb.

Qəzetin məlumatına görə, messencer domeni Roskomnadzorun Milli Domen Ad Sistemindən (NDNS) yoxa çıxıb. Cihazlar artıq messencerin IP ünvanını qəbul etmir və ona yalnız VPN vasitəsilə daxil olmaq mümkündür.

whatsapp.com və web.whatsapp.com domenləri NDNS-dən yoxa çıxıb. Lakin, wa.me quicklink domeni və whatsapp.net texniki domeni Roskomnadzorun siyahısında qalır.

YouTube, Discord və Signal domenləri də dünən NDNS-dən çıxarılıb.

Chosen
43
ucnoqta.az

1Sources