EN

"Real" geri çəkildi -

"Real Madrid" Super Liqa layihəsindən imtina edib. Metbuat.az xəbər verir ki, bu barədə UEFA, Real Madrid və Avropa Futbol Klubları Assosiasiyası birgə bəyanat yayıblar. Açıqlamada deyilir ki, UEFA, Avropa Futbol Klubları Assosiasiyası və “Real Madrid” Avropa klub futbolunun maraqlarına uyğun olaraq razılığa gəliblər. Bildirilib ki, bu prinsiplər qüvvəyə mindikdən və tətbiq edildikdən sonra Avropa Super Liqası ilə bağlı hüquqi mübahisələrin həllinə də xidmət edəcək.

Açıqlamaya görə, UEFA, Avropa Futbol Klubları Assosiasiyası və “Real Madrid” klub dayanıqlığına və idman uğuru prinsipinə hörmət edərək Avropa klub futbolunun rifahı üçün prinsiplər sazişi əldə etdiklərini elan ediblər.

Chosen
5
2
metbuat.az

3Sources