EN

Ərdoğan: Türkiyə Avropanın müdafiə təşəbbüslərində iştirak etməlidir

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ankara, 11 fevral, AZƏRTAC

Türkiyə Avropada həyata keçirilən müdafiə təşəbbüslərində iştirak etməlidir.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə danışıqların yekunlarına dair birgə mətbuat konfransında söyləyib.

Türkiyənin dövlət başçısı Egey regionu da daxil olmaqla, dövlətlərarası ziddiyyətlərin dialoq yolu ilə həllinin mümkünlüyünə əminliyini ifadə edib.

“Fikir ayrılıqlarının beynəlxalq hüquq çərçivəsində aradan qaldırıla biləcəyimizə əminəm. Əsas məsələ xoş niyyətin olmasıdır”, – deyə Türkiyə lideri qeyd edib və Yunanıstanın Baş nazirini “əziz dost” adlandırıb.

Onun sözlərinə görə, Türkiyə və Yunanıstan əməkdaşlığın zəruriliyini dərk edərək, dialoq kanallarını açıq saxlayan və saxlamalı olan iki qonşu dövlətdir.

O həmçinin qeyd edib ki, Ankara və Afina terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə də birgə fəaliyyət göstərə bilərlər.

Türkiyə ilə Yunanıstan arasında investisiya, dəniz ticarəti, mədəni, elmi-texniki və digər sahələrdə əməkdaşlığa dair sazişlər imzalanıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
1
azertag.az

2Sources