EN

İsveçrədə əhalinin sayı 10 milyonla məhdudlaşdırıla bilər

BAKI, 11 fevral. TELEQRAF

İsveçrədə ölkə əhalisinin sayını 10 milyonla məhdudlaşdırmaq üçün referendum keçiriləcək.

Teleqraf xəbər verir ki, hökumət nüfuzlu sağçı İsveçrə Xalq Partiyasının (SVP) dəstəklədiyi təşəbbüs üzrə səsvermənin iyunun ortalarında keçiriləcəyini bildirib.

"Financial Times" qəzetinin yazdığına görə , bu qərar Avropa Birliyi ilə əsas razılaşmaları təhlükə altına qoya və İsveçrəyə ixtisaslı xarici mütəxəssislərin axınını məhdudlaşdıra bilər .

Təşəbbüs İsveçrənin daimi əhalisinin sayının 2050-ci ilə qədər 10 milyondan çox olmamasını təklif edir və əgər bu rəqəm o vaxta qədər 9,5 milyonu keçərsə, avtomatik məhdudlaşdırıcı tədbirlər tətbiq olunacaq. Bu tədbirlərə sığınacaq kvotalarının azaldılması və ailələrin yenidən birləşməsi daxildir.

İsveçrənin hazırkı əhalisi 9,1 milyon nəfərdir və 2000-ci ildən bəri 25% artmışdır ki, bu da qismən immiqrant axını ilə əlaqədardır. İsveçrədəki əcnəbilərin nisbəti Avropada ən yüksək göstəricilərdən biridir (27%).

"Financial Times" qəzetinin qeyd etdiyi kimi , ölkə əhalisinin məhdudlaşdırılması təşəbbüsünə dəstək olduqca yüksəkdir.

Chosen
41
50
teleqraf.com

10Sources