EN

Siyarto: Kiyev və Brüssel Macarıstan hökumətini devirmək üçün birləşiblər

BAKI, 11 fevral. TELEQRAF

Kiyev Macarıstan hökumətini devirmək və Ukraynanı AB-yə üzv qəbul etdirmək üçün Brüssellə əməkdaşlıq edib.

Teleqraf xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto "Mandiner"ə bildirib.

Siyartonun sözlərinə görə, Zelenski açıq şəkildə Brüsseldən Ukraynanın Aİ-yə üzvlüyünə dəstək istəyib: "Kiyev və Aİ rəhbərliyinin Ukraynanın 2027-ci ildə quruma daxil olması üçün hazırladığı planın bəndlərindən biri Macarıstan hökumətinin devrilməsidir. Bunu etmək üçün onlar bir sıra maneələri dəf etməlidirlər. Ən vacib maneə isə Macarıstan hesab edilir" - Siyarto qeyd edib.

XİN rəhbəri qeyd edib ki, Kiyev 10 il əvvəl Macarıstan əleyhinə siyasət yürütməyə başlayıb və milli azlıqların ana dilindən istifadə hüquqlarını pozub. Siyarto qeyd edib ki, o vaxtdan bəri Ukraynanın hərəkətləri dəfələrlə Macarıstanın maraqları ilə birbaşa ziddiyyət təşkil edib. Bura ilk növbədə Budapeştin Rusiyadan qaz və neft alışına məhdudiyyətləri sürətləndirmək cəhdləri daxildir.

Nazir yekun olaraq bildirib ki, Ukrayna Macarıstana qarşı düşmənçilik davranışını hələ də nümayiş etdirir: "Əgər kimsə başqasına qarşı düşmənçilik edirsə, şübhəsiz ki, o, düşməndir".

Chosen
5
1
teleqraf.com

2Sources