EN

"Sabah"ın sabiq futbolçusu "Radnik"də - RƏSMİ

“Sabah”ın ötən ay yollarını ayırdığı Nyeqoş Kupusoviç özünə yeni komanda tapıb.

"Football-plus.az" xəbər verir ki, 24 yaşlı hücumçu Bosniya və Hersoqovinada çıxış edəcək. O, yüksək liqa təmsilçisi olan “Radnik”lə anlaşıb.

Kuposoviç 2027-ci il mayın 31-nə qədər Biyelyina təmsilçisinin formasını geyəcək. Xatırladaq ki, serb hücumçu 2024-cü ildə “Sabah”a keçmişdi və 29 matçda meydana çıxmışdı.

Chosen
22
football-plus.az

1Sources