EN

Gəncədə qadın övladını xəstəxanaya qoyaraq ondan imtina edib

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Gəncə şəhərində qadın öz övladını xəstəxanaya qoyaraq ondan imtina etdiyini bildirib.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasına bir qadın yaxınlaşaraq qız övladından imtina etdiyini, tibb müəssisənin əməkdaşlarından onu körpələr evinə verilməsini istəyib və daha sonra ərazidən uzaqlaşıb.

Hazırda uşaq xəstəxanaya yerləşdirilib və vəziyyəti normaldır.

Məsələ ilə bağlı polisə məlumat verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
13
7
azpolitika.info

8Sources