BAKI, 11 fevral. TELEQRAF
Azərbaycana səfər etdiyim üçün çox şadam.
Teleqraf xəbər verir ki, bunu Azərbaycana səfərini başa vuran ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens hava limanında jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyevlə bir sıra vacib məsələləri müzakirə edib.
Vens vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın liderliyi sayəsində Cənubi Qafqazda müharibənin yerini sülh və ticarətin inkişafı tutacaq.
ABŞ Vitse-prezidenti Azərbaycana səfərini əla adlandırdı və buna görə İlham Əliyevə təşəkkür edib.
Vans İlham Əliyevi nüfuzlu dünya lideri adlandıraraq, dövlət başçısı ilə regional və qlobal məsələləri, eləcə də terrorizmə qarşı mübarizəni müzakirə etdiklərini vurğulayıb.
"Beləliklə, bu, əla bir səfər idi", - deyə Vens əlavə edib.