EN

Pistorius: Ukraynaya 60 milyard avro xarici dəstək lazımdır

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Ukraynanın cari ildə ehtiyaclarının qarşılanması üçün 60 milyard avro həcmində xarici yardıma ehtiyacı var.APA xəbər verir ki, Pistorius bunu Brüsseldə Aİ ölkələrinin müdafiə nazirlərinin görüşünə gələrkən bildirib.

“Yalnız bu il Ukraynanın ehtiyaclarının təmin edilməsi üçün xarici dəstəyə tələbatı 60 milyard avro təşkil edir. Buna görə də həm ikitərəfli, yəni milli mənbədən, həm də Avropa mənbəyindən ayrılan hər milyard əhəmiyyətlidir”, – deyə nazir qeyd edib.

Nazir bəzi ölkələrin Aİ-nin Ukraynaya krediti ikitərəfli dəstəyin azalmasına gətirib çıxara biləcəyi ilə bağlı narahatlıqlarını bölüşdüyünü qeyd edib.“Bu narahatlığı, əlbəttə ki, bölüşürəm, çünki bizə artıq mövcud vəsaitlərin üzərinə əlavə resurslar lazımdır”, – deyə o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
10
3
apa.az

4Sources