EN

“Tottenhem” Poçettinonu yeni baş məşqçi kimi nəzərdən keçirir – Ceykobs

“Tottenhem Hotspur” rəhbərliyi Maurisio Poçettinonu baş məşqçi təyin etməyi düşünür.

İdman.Biz bildirir ki, bu barədə futbol üzrə mütəxəssis Ben Ceykobs sosial mediada məlumat verib. Bu gün “Tottenhem” rəsmi olaraq Tomas Frankın işdən çıxarıldığını açıqlayıb.

Poçettino hazırda ABŞ milli komandasında çalışır və bu da onun Londona qayıtmasını ən azı dünya çempionatının sonuna qədər qeyri-mümkün edir. Buna görə də, “Tottenhem” növbəti mövsümün əvvəlinə qədər müvəqqəti məşqçi təyin etməyi düşünür.

Poçettino əvvəllər 2014-cü ildən 2019-cu ilə qədər “Tottenhem Hotspur”u çalışdırıb. Onun rəhbərliyi altında klub Çempionlar Liqası və Liqa Kubokunun finalına çıxıb.

“Tottenhem Hotspur” artıq ardıcıl səkkiz Premyer Liqa oyununda qələbə qazanmayıb. Klub hazırda 2025/26 mövsümündə İngiltərə Premyer Liqasının 26 oyundan 29 xalla 16-cı yerdədir. Çempionlar Liqasının qrup mərhələsində “Tottenhem” səkkiz oyundan 17 xal toplayaraq dördüncü yeri tutaraq 1/8 finala vəsiqə qazanıb.

İdman.Biz
Chosen
18
1
idman.biz

2Sources