Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu Asiya turnirində növbəti oyununu keçirib.
"Unikal" xəbər verir ki, Türkmənistanın "Arkadağ" klubu ilə qarşılaşan ər-riyadlılar Kriştiano Ronaldonun iştirak etmədiyi səfər matçından qalib ayrılıblar.
11 fevral
"Arkadağ" - "Əl-Nəsr" - 0:1
Qol: A.Əl-Həmdan, 19
Beləliklə, "Əl-Nəsr" cavab oyunundan öncə 1:0 hesablı üstünlük əldə edib. Qeyd edək ki, Ronaldonun həftəsonu keçiriləcək matçda sıraya dönəcəyi gözlənilir.