EN

Azarkeşlər baş hakimin fitini oğurladı, klub cəzalandırıldı

style='margin-bottom:10px;'>

Nigeriya Premyer Liqasında (NPFL) çıxış edən "Vikki Turists" klubu azarkeşlərinin törətdiyi iğtişaşlara görə ağır cəzaya məruz qalıb.

QOL.az xəbər verir ki, bu barədə Nigeriya Peşəkar Futbol Liqası məlumat yayıb. Belə ki, fevralın 8-də "Katsina Yunayted"ə qarşı keçirilən 25-ci tur oyununda təhlükəsizlik qaydaları kobud şəkildə pozulub.

Məlumata görə, meydan sahiblərinin azarkeşləri qadağan olunmuş zonalara daxil olaraq rəqib komandaya və rəsmilərə hücum çəkiblər. Hadisələr zamanı xəsarət alanlar olub. Ən maraqlı və biabırçı məqam isə azarkeşlərin baş hakimin fitini oğurlaması olub.

Bununla yanaşı, azarkeşlər matçdan sonra hakimləri və qonaq komandanı saatlarla stadionda girov saxlayıblar. Qarşılaşma yaranan xaos səbəbindən 18 dəqiqə gecikib.

Liqa rəhbərliyi "Vikki Turists"ə ümumilikdə 7.5 milyon nayra məbləğində cərimə kəsib.

Qeyd edək ki, qarşılaşma 4:4 hesablı heç-heçə ilə yekunlaşıb.

Chosen
17
1
teleqraf.com

2Sources