EN

Bu şagirdlər 11-ci sinifdə buraxılış imtahanını yeni formatda verəcəklər

"Hər il kurikulumun hansı meyarlarından istifadə olunacağına, hansılarının tətbiq edilməyəcəyinə dair Elm və Təhsil Nazirliyi ilə daimi müzakirələr aparılır. Çünki biz, xüsusilə buraxılış imtahanlarının nəticələrini hər zaman təhlil edirik və həmin nəticələr əsasında növbəti ilin qəbul proqramını formalaşdırırıq. Qəbul proqramı isə əvvəlcədən elan olunur".

Publika.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, qəbul proqramı orta məktəb proqramına əsaslanır: "Qəbul proqramında orta məktəbdə tədris olunan mövzuların sayı azala bilər, amma çox ola bilməz. Yalnız bir dəfə qəbul proqramında dəyişiklik olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Qələbə qazandıq və bununla əlaqədar həmin faktlar tarix fənninə əlavə edildi. Hesab edirəm ki, heç kim buna etiraz edə bilməz. Çünki tarix dəyişdi və bu hadisəni hamımız birlikdə yaşadıq".

DİM sədri qeyd edib ki, dərsliklərin məzmununun yenilənməsi, yeni kurikulumun yazılması və meyarların müəyyənləşdirilməsi daimi gedən prosesdir: "Biz bu prosesi diqqətlə izləyirik. İmtahana hansı mövzuların daxil ediləcəyini Elm və Təhsil Nazirliyi ilə müzakirə edirik və bu, birgə qərar əsasında müəyyən olunur".

Chosen
11
14
publika.az

10Sources