Ajans.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 2006-cı il təvəllüdlü C. Əliyev kəsici alətdən aldığı yara ilə xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, C.Əliyev döyülüb, daha sonra kəsici-deşici alətə ona xəsarət yetirilib. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.