EN

Vens: İlham Əliyev nüfuzlu dünya lideridir

Reyting.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Azərbaycana səfər etdiyim üçün çox şadam”.

Reyting.az xəbər verir ki, bunu Azərbaycana səfərini başa vuran ABŞ-nın Vitse-prezidenti Ceyms Devid Vens aeroportda jurnalistlərə açıqlamasında deyib.

O, Azərbaycan prezidenti ilə bir sıra əhəmiyyətli məsələləri müzakirə etdiyini bildirib.

Vens ABŞ prezidenti Donald Trampın liderliyi sayəsində Cənubi Qafqazda müharibə əvəzinə əmin-amanlığın olacağına, ticarətin aparılacağına diqqət çəkib.

Vitse-prezident Azərbaycana səfərini möhtəşəm adlandırıb və bunun üçün prezident İlham Əliyevə təşəkkür edib.

İlham Əliyevi nüfuzlu dünya lideri adlandıran Vens dövlət başçısı ilə regional və qlobal məsələləri, eyni zamanda, terrorla mübarizəni müzakirə etdiyini vurğulayıb.

“Beləliklə, bu, əla bir səfər idi”, - Vens əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
37
9
reyting.az

10Sources