EN

Ərdoğan Ankarada Yunanıstan liderini qəbul edib

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yunanıstan Baş naziri Kiriakos Mitsotakis Türkiyəyə səfər edib.

APA xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan liderini qəbul edib.

Məlumata görə, Rəcəb Tayyib Ərdoğan və Kiriakos Mitsotakis Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VI iclasına qatılacaq.

Bildirilib ki, iclasda Türkiyə-Yunanıstan münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək, iki qonşu ölkə arasında əməkdaşlığın inkişaf imkanları müzakirə olunacaq.

Eyni zamanda, ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal proseslər barədə fikir mübadiləsi aparılacaq, bır sıra sənədlər imzalanacaq.

Son birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
13
4
bizimyol.info

10Sources