EN

Prezident İlham Əliyev: Dünyada nadir ölkələrdənik ki, dünyanın aparıcı güc mərkəzləri ilə artıq imzalanmış strateji tərəfdaşlıq formatında çalışırıq

Bakı. Trend:

Biz bu gün dünyada nadir ölkələrdənik ki, dünyanın aparıcı gücmərkəzləri ilə artıq imzalanmış strateji tərəfdaşlıq formatındaçalışırıq.

Trend xəbər verir ki, bu sözləri Prezidentİlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahidfəaliyyət planına həsr olunmuş müşavirədə deyib.

"Yəni bu, bizim üstünlüyümüzdür. Dünyada bu qədər üstünlüyü olanikinci ölkə tapıla bilər, çox axtarsan. Ona görə bundan istifadəetməmək tamamilə qəbuledilməzdir. Bütün bunları nəzərə alaraq,artıq bir müddət bu istiqamətdə işlərin vahid koordinasiyası iləbağlı məsələlər müzakirə edilir, mənim göstərişimlə bu məsələlərətrafında fikir mübadiləsi aparılır, bu gün isə mənim sədrliyimlə.Nəzərə alsaq ki, bu məsələ qeyd etdiyim kimi, prioritet təşkiledir, mənim sədrliyimlə bugünkü müşavirədə biz görüləcək işlərləbağlı konkret fəaliyyət planının hazırlanmasına başlamalıyıq.Tezliklə onu başa çatdırmalıyıq və beləliklə, bu sahəyə daha güclütəkan verməliyik", - dövlət başçısı qeyd edib.

Chosen
17
12
az.trend.az

10Sources