EN

Bu barədə Azərbaycandan zəmanət almışıq Paşinyan

Unikal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Blokadanın qaldırılması kontekstində, açılması müzakirə olunmayan demək olar ki, heç bir yol və ya dəmir yolu yoxdur".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. 

O, İcevanı Azərbaycan dəmir yolu ilə birləşdirən dəmir yolunun bərpasının müzakirə olunub-olunmadığı sualına belə cavab verib: "Dəmir yolunun həmin hissəsindən danışarkən unutmamalıyıq ki, 30 ildən çoxdur ki, Haqartsin kəndi hissəsində sürüşmə baş verir və bu da dəmir yolunun işini dayandırıb. Lakin bu, həll edilə bilən məsələdir. Yeri gəlmişkən, sizə demək istəyirəm ki, araşdırmalarımız göstərir ki, Azərbaycandan Türkiyəyə ən qısa marşrut məhz qeyd etdiyimiz marşrutdur. Xxüsusən də İcevan-Hrazdan dəmir yolu qolunu Fioletovo hissəsindəki Vanadzor-Gümrü dəmir yolu qoluna birləşdirsək, məlum olacaq ki, Azərbaycandan Türkiyəyə ən qısa dəmir yolu və avtomobil marşrutu İcevan-Dilican-Vanadzor-Cacur-Gümrü-Axurikdir".

Baş nazirin sözlərinə görə, biznes nümayəndələri nəzərə almalıdır: "Azərbaycandan keçən ixrac dəmir yolu marşrutu açıqdır və bu barədə Azərbaycandan ən yüksək səviyyədə zəmanət və bəyanatlar almışıq". 

Problem ondadır ki, vərdişləri dəyişdirmək çox çətindir. 40 il ərzində ixrac avtomobillərlə həyata keçirilib, əslində bütün logistika məntiqimiz bu şəkildə qurulub. Qatar yüklənməlidir, tək vaqonlu qatar ola bilməz. Ən azı müəyyən bir həcm nəzərdə tutur və logistika məntiqi yenidən qurulmalıdır".

Nikol Paşinyan həmçinin vurğulayıb ki, sülh nə qədər institusionallaşarsa, ssenarilərin inkişafı bir o qədər çox ehtimal olunacaq.

Ağarza Elçinoğlu 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
27
3
unikal.az

4Sources