EN

Çin nüvə sınaqları keçirdiyinə dair ABŞ-ın iddialarını təkzib etdi

Çin ABŞ-ın nüvə sınaqları apardığına dair iddialarını rədd edib, eyni zamanda Vaşinqton administrasiyasını öz nüvə sınaqlarını davam etdirmək üçün bəhanə axtarmaqda ittiham edib.

Turkustan.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian Pekində keçirilən mətbuat konfransında ABŞ Dövlət Katibinin Silahlara Nəzarət və Beynəlxalq Təhlükəsizlik üzrə köməkçisi Tomas Dinannonun Cenevrədə keçirilən Silahsızlanma Konfransında irəli sürdüyü iddialara cavab verib.

ABŞ-ın Çinin nüvə siyasətini daim təhrif etdiyini və ləkələdiyini iddia edən sözçü Lin, "Bu, ABŞ-ın nüvə üstünlüyünü yaratmaq və nüvə tərksilahına görə məsuliyyətindən yayınmaq üçün həyata keçirdiyi siyasi manipulyasiyanın bir hissəsidir" dedi.

Lin bildirib ki, ABŞ Rusiya ilə bağlanmış Yeni START Müqaviləsinin (Strateji Silahların Azaldılması Müqaviləsi) müddətinin bitməsinə icazə verməklə böyük güclər arasında etimada və qlobal strateji sabitliyə xələl gətirib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
6
1
turkustan.az

2Sources