EN

Nəmləndiricini gecə boyu işlətmək təhlükəlidirmi?

Soyuq aylarda havanın quruması gecə saatlarında öskürək, boğaz quruluğu və dəri problemlərini artırır. Bu səbəbdən bir çox insan nəmləndiricini gecə boyunca işlətməyə üstünlük verir.


Pravda.az xatırladır ki, nəmləndirici bütün gecə işləyə bilər, lakin müəyyən qaydalara əməl etmək vacibdir.


Nəmləndirici havaya lazımi rütubət qataraq quru öskürəyi azalda, nəfəs almağı rahatlaşdıra və daha keyfiyyətli yuxuya kömək edə bilər. Xüsusilə qış aylarında mərkəzi isitmə sistemləri havanı daha da qurudur və bu zaman cihaz faydalı olur. Lakin həddindən artıq rütubət əks təsir göstərə bilər. Otaqda rütubətin çox olması kif, bakteriyaların çoxalmasına səbəb ola bilər. Bu isə allergiyası və ya astması olan şəxslər üçün risk yarada bilər.
 

Mütəxəssislər otaqda ideal rütubət səviyyəsinin 40–50 faiz arasında saxlanılmasını tövsiyə edirlər. Bunun üçün higrometrdən istifadə etmək faydalıdır. Eyni zamanda cihazın mütəmadi təmizlənməsi və suyunun tez-tez dəyişdirilməsi vacibdir. Təmizlənməyən nəmləndirici havaya zərərli mikroorqanizmlər yaya bilər.


Əminə Bayramova 

Tarix: 11 Fevral 2026, 17:50   
Chosen
15
pravda.az

1Sources