EN

Qeyri-adi HADİSƏ: Damdan yıxılan süpürgəçi naqillərdən ASILI QALDI – FOTO

Sankt-Peterburqda damdan yıxılan süpürgəçi naqillərdən asılı qalıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiyanın Sankt-Peterburq şəhərində qeyri-adi hadisə baş verib. Damda təmizlik işləri aparan süpürgəçi (həyət təmizləyicisi) ehtiyatsızlıqdan aşağı yuvarlanıb.

Lakin o, yerə çırpılmaqdan son anda xilas olub – işçi elektrik naqillərinə ilişərək havada asılı qalıb.

Məlumata görə, həmin şəxs heç bir təhlükəsizlik kəməri (sığorta ipi) olmadan damda işləyirmiş.

Çətin vəziyyətdə qalan “bəxtsiz” işçini xilas etmək üçün hadisə yerinə dərhal xilasedicilər cəlb olunub.

Onların çevik müdaxiləsi nəticəsində süpürgəçi təhlükəsiz şəkildə yerə endirilib.

Xuraman Etibarlı

İnterpress.az


Chosen
12
interpress.az

1Sources