EN

ABŞ və Rusiya yenilənmiş START üzrə danışıqları davam etdirir

ABŞ

ABŞ administrasiyası Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsinin (START) yenilənmiş variantının bağlanması ilə bağlı Rusiya tərəfi ilə danışıqlar aparır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens məlumat verib.

“Bu, davam edən danışıqlardır. Aydındır ki, prezidentin xarici siyasətinin fərqləndirici cəhətlərindən biri nüvə silahlarının yayılmasına qarşı çıxmasıdır. Düşünürəm ki, Amerika xalqı üçün ən pis ssenari dünyada getdikcə daha çox rejimin nüvə silahı əldə etməsidir. START bu baxımdan mühüm rol oynayır. Müqavilə əvvəlki formasından fərqli olacaq və bu da ruslarla apardığımız danışıqların bir hissəsidir”, — deyə o, jurnalistlərə bildirib.

Vens əmin olduğunu vurğulayıb ki, ABŞ administrasiyası “Amerika xalqı üçün yaxşı nəticə əldə edəcək və nüvə silahlarının yayılmasının qarşısını məhdudlaşdıracaq”.

Məryəm Quliyeva

Chosen
31
1
xalqcebhesi.az

2Sources