EN

Azərbaycan ötən ay OPEC+ üzrə kvotadan 92 min barel geri qalıb

BAKI, 11 fevral. TELEQRAF

2026-ci ilin yanvarında Azərbaycanın gündəlik neft hasilatı orta hesabla 459 min barel səviyyəsində olub.

Teleqraf Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən xəbər verir ki, dekabr ayı ilə müqayisədə hasilatın həcmində dəyişiklik olmayıb.

Məlumata görə, 2025-ci ilin ikinci rübündə gündəlik neft hasilatı orta hesabla 461min, üçüncü və dördüncü rübündə isə 459 barel olub.

Qeyd edək ki, Azərbaycanın OPEC+ (OPEC və bəzi qeyri-OPEC neft istehsalçılarından ibarət alyans) çərçivəsində hazırkı xam neft hasilat kvotası gündə 551 min bareldir. Azərbaycan ötən ay OPEC+ çərçivəsində kvotadan 98 min barel geridə qalıb.

Chosen
32
2
teleqraf.com

3Sources