EN

Eks-deputatlar olan ata-oğulun bitməyən torpaq qovğası – İNANILMAZ GƏLİŞMƏ

Sabah, fevralın 12-də Bakı Apellyasiya Məhkəməsində hakim Ceyhun Məmmədovun sədrliyi ilə Xatirə Salahzadənin tərəf olduğu mülki mübahisə üzrə məhkəmə iclası keçiriləcək.

Vətəninfo.azxəbər verir ki, Xatirə Salahzadə bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin qızı, keçmiş deputat Hacı Qalib Salahzadənin gəlini, eks-deputat Əliabbas Salahzadənin həyat yoldaşıdır.

İş üzrə iddiaçı Azərbaycan vətəndaşı Seymur Quliyevdir. Mübahisə predmeti Bakının Bilgəh qəsəbəsində, Kardioloji Sanatoriya ilə sərhəddə yerləşən 20 sot torpaq sahəsidir.

Seymur Quliyev bildirir ki, torpaq sahəsini 2004-cü ilin may ayında alqı-satqı müqaviləsi əsasında əldə edib və ərazidə iki və üçmərtəbəli yaşayış evləri inşa etdirib. Onun sözlərinə görə, alqı-satqıdan 9 il sonra, 2013-cü ildən etibarən Xatirə Salahzadə həmin torpaq sahəsinə dair iddia qaldırıb. Seymur Quliyev qeyd edir ki, məsələ ilə bağlı qarşı tərəfin iddia və şikayətlərinə Sabunçu Rayon Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə baxış keçirilib, iddialar təmin olunmayıb. 2014-cü ildə Xatirə Salahzadə Konstitusiya Məhkəməsinə müraciət edib, 2015-ci ildə isə şikayəti təmin edilməyib.

WhatsApp

Seymur Quliyev bildirir ki, məhkəmə çəkişmələri dövründə, bu gün də qanunla onun mülkiyyətində olan 20 sot torpaqda inşa etdiyi evlər Xatirə Salahzadənin qayınatası Hacı Qalib Salahzadə tərəfindən sökülüb. Seymur Quliyev deyir ki, Xatirə Salahzadənin iddialarının əsassız olması məhkəmə qaydasında sübuta yetirilsə də, o, uzun illərdir ki, qanuni mülkiyyətində olan torpaq sahəsinə faktiki olaraq daxil ola bilmir. Xatirə Salahzadənin qayınatası Hacı Qalib Salahzadə onu daş-qalaq edib ərazidən qovur, digər maneələr yaradır.

WhatsApp

2025-ci ildən sonra baş verən proseslər

2025-ci ildə Xatirə Salahzadə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bilgəh qəsəbə nümayəndəliyinin 1994-cü ildə torpaqayırma sənədinin verilməsinin qanunsuz olduğunu iddia edib. Hakim Günel Tanrıverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Seymur Quliyev bildirib ki, Xatirə Salahzadə tərəfindən 2013-cü ildə eyni tələblə 2 saylı İnzibati Məhkəməyə müraciət olunduğunu və həmin iddianın təmin edilmədiyini bildirib. Onun təqdim etdiyi məhkəmə qərarından sonra iddia geri götürülüb. 2025-ci ilin oktyabr ayında isə Xatirə Salahzadə geri götürülmüş iddianı “yeni açılmış hal” kimi Ali Məhkəməyə təqdim edib.

2025-ci ilin dekabrında Ali Məhkəmədə hakim Əhliman Xıdırovun sədrliyi ilə baxılan müraciət üzrə iddianın qəbuledilməzliyi barədə qərardad çıxarılıb.

İş materiallarına əsasən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 6 avqust 2014-cü il tarixli qərarı ilə “İnşaat Servisez” MMC-yə verilmiş dövlət reyestrindən çıxarışın bir hissəsi ləğv edilib və torpaq sahəsinin Seymur Quliyev və Nurid Əliyevin mülkiyyətində olan yaşayış evlərinin həyətyanı sahələrinə aid olduğu müəyyən edilib. Həmin iş üzrə üçüncü şəxs qismində iştirak edən Xatirə Salahzadənin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli qərarı ilə təmin edilməyib və qərar 11 il əvvəl qanuni qüvvəyə minib.

Qeyd olunur ki, Xatirə Salahzadəyə məxsus həmin əraziyə dair çıxarış 2014-cü ildə Ali Məhkəmənin qərarı ilə ləğv edilib.

2026-cı il qərardadı

2026-cı ilin yanvar ayında Xatirə Salahzadə yenidən Bakı İnzibati Məhkəməsinə müraciət edib. O, Seymur Quliyevin 2015-ci ildə torpağa mülkiyyət hüququ əldə edərkən özünün 20 sot torpağa dair çıxarışının mövcud olduğunu iddia edib.

Bakı İnzibati Məhkəməsinin hakimi Ləman Musayeva 15 yanvar 2026-cı il tarixli qərardadla 2 saylı İnzibati Məhkəmənin 15 noyabr 2015-ci il tarixli qərarını ləğv edib və işin mahiyyəti üzrə baxılmasını bərpa edib. Qərardadda əsas kimi Xatirə Salahzadənin əvvəlki prosesdə üçüncü şəxs qismində cəlb edilməməsi göstərilib. Seymur Quliyev həmin qərarla razılaşmadığını bildirib və Ali Məhkəmənin, eləcə də Məhkəmə-Hüquq Şurasının sədrinə müraciət etdiyini qeyd edib.

Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclasda tərəflərin mövqeləri və birinci instansiya məhkəməsinin qərarı araşdırılacaq.Musavat.com 

Chosen
21
veteninfo.az

1Sources