EN

Ziya Bünyadovu Tehranda kim və niyə əsəbiləşdirmişdi? - Xatirə

Mərhum şərqşünas, qəzəlxan Şahin Fazilin "İran səfərnamələri" kitabında akademik Ziya Bünyadovla bağlı maraqlı bir xatirə var.

"Yeni Sabah" xəbər verir ki, 1992-ci il dekabrın 1-dən 8-nə qədər bir qrup Azərbaycan ziyalısı "Beynəlxalq Şəhriyar Konfransı"nda iştirak edib.

Nümayəndə heyətimizin tərkibinə akademiklər Eldar Salayev, Ziya Bünyadov, yazıçı Anar, şairlər Sabir Rüstəmxanlı, Qabil, Qasım Qasımzadə, Fikrət Qoca, Fikrət Sadıq, Nazim Rizvan, Sərvinaz Həsənli, alimlər Bəkir Nəbiyev, Yaşar Qarayev, Rüstəm Əliyev, Ruqiyyə Qənbərqızı, İmamverdi Həmidov, Şirindil Alıcanov, Kamil Allahyarov, rəssam Fəxrəddin Əli və başqaları daxil idilər. 

Şahin Fazil Şahin həmin günlərdə, daha doğrusu, dekabrın 3-də şahidi olduğu hadisəni belə nəql edir:

"...Axşamüstü otelin foyesində yığışmışdıq, bir-birimizlə söhbətləşirdik. Akademik Ziya Bünyadovla otelin bir işçisi arasında belə bir sual-cavab oldu. Orta yaşlı həmin kişi akademikimizə yaxınlaşıb onun döşündəki Sovet İttifaqı Qəhrəmanı nişanına əl çəkərək soruşdu:

- Bu nədir?

- Qəhrəmanlıq nişanıdır.

- Sən kimsən?

- Qəhrəmanam.

- Bunu nəyə görə veriblər?

Ziya Bünyadovun cavabı konkret oldu:

- Müharibədə almanları öldürdüyümə görə.

- Axı niyə onları öldürürdünüz? Onlar ki, sizi rus əsarətindən xilas etməyə gəlmişdilər.

Ziya müəllim əlini yelləyib ondan uzaqlaşdı".

Əziz Rzazadə


Telegram kanalımız
Chosen
23
1
yenisabah.az

2Sources