EN

Kanadada məktəbdə atışma olub, 10 nəfər ölüb



Kanadadakı orta məktəblərdən birində atışma baş verib.

Newscenter.az TASS-a istinadən bildirir ki, hadisə Tambler Ric şəhərində qeydə alınıb. Məlumata görə, şəhərdəki məktəbdə baş verən atışmada hücum edən şəxs də daxil olmaqla ən azı 10 nəfər həlak olub.

Altı qurban məktəbdə ölü tapılıb, daha biri isə xəstəxanaya aparılarkən yolda vəfat edib. Polis yaxınlıqdakı yaşayış binasında daha iki nəfərin cəsədini aşkar edib. Onların ölümü də hadisə ilə əlaqələndirilir.

25 nəfər isə tibb müəssisəsində müayinədən keçib.

Anar
Chosen
11
newscenter.az

1Sources