EN

Sürücü qayda pozan yük maşınına əsəbiləşib görün nə etdi VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Bakı–Qazax yolunda qayda pozan sürücülər avtomobilin kamerasına düşüb. 

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Kadrlardan aydın olduğu kimi, görüntünü qeydə alan yük maşınının sürücüsü sağ zolaq boş olduğu halda solla hərəkət edərək digər avtomobilin yolunu kəsib.

Bu vəziyyətdən qəzəblənən 10-XA-071 dövlət nömrəli “BMW” markalı avtomobilin sürücüsü yük maşınının qarşısına keçərək qəza şəraiti yaradıb.

Qeyd edək ki, qanunvericiliyə görə, sürücülər yalnız ötmək və ya maneəni keçmək məqsədilə müvəqqəti olaraq sol zolağa çıxa bilərlər. Sağ zolaq boş olduğu halda sol zolaqla hərəkət etmək inzibati məsuliyyət yaradır. 

Nərmin

Oxunub 128

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
16
avtosfer.az

1Sources