EN

İmişlidə yol qəzası olub, xəsarət alanlar var

İmişli, 11 fevral, AZƏRTAC

İmişli rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə avtomobil yolunun rayonun Qaralar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İmişli şəhər sakini 1986-cı il təvəllüdlü Cavad Bəxtiyar oğlu Cavadzadənin idarə etdiyi “Hyundai” markalı avtomobillə İmişli rayonunun Xəlfəli kənd sakini 1991-ci il təvəllüdlü Baba Əli oğlu Ağayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil toqquşub. Qəza nəticəsində xəsarət alanlar - İmişli rayonunun Xəlfəli kənd sakinləri 1996-cı il təvəllüdlü T.Ağayeva, 2014-cü il təvəllüdlü Z.Ağayeva, 2019-cu il təvəllüdlü M.Ağayeva İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Chosen
30
7
azertag.az

8Sources