EN

Kürdəmir Aqro MMC məhkəməyə VERİLDİ- Örüş torpaqlarında tikinti APARIB

Qeyd edək ki, Kənd Təsərrüfatı təyinatlı (örüş, otlaq) torpaqlarda tikinti aparılması cinayət sayılır. Məsələ ilə bağlı Ajans.az Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu ünvanlayıb.  Qurumdan sorğumuza cavab olaraq bildirilib ki,  Kürdəmir rayonu Muradxan( əvvəlki Sor-Sor) bələdiyyəsinin  Çöl-Ərəb kəndi ərazisində “ Kürdəmir Aqro” MMC tərəfindən icarəsinə ayrılmış 28.01 hektar bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş sahəsində məqsədli təyinatdankənar tikinti-quraşdırma işlərinin aparılması faktı ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib. 
Əlavə olaraq  qeyd edək ki, həmin məsələ ilə bağlı səlahiyyətləri daxilində müvafiq tədbirlərinin görülməsi məqsədilə Xidmət tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətinə və Kürdəmir rayonu Muradxan bələdiyyəsinə müraciət ünvanlanıb.

Chosen
17
Ajans.az

1Sources