EN

Viruslar belə yayılır - HƏKİM

“Virusların əsas yoluxma yolu hava-damcı mexanizmidir”.

“Cebheinfo.az” xəbər verir ki, bunu K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Səbinə Cəfərova Səhiyyə Nazirliyinin “Instagram” hesabında keçirilən canlı yayımda bildirb.

O qeyd edib ki, virus infeksiyaları uşaqlar arasında əsasən hava-damcı yolu ilə yayılır və kollektiv mühitdə yoluxma riski daha yüksəkdir: 

“Asqırma və öskürmə zamanı havaya yayılan virus hissəcikləri bir insandan digərinə asanlıqla keçir. Bəzi viruslar mədə-bağırsaq yolu ilə də ötürülə bilər. Bu zaman çirklənmiş əllər, viruslu səthlər, uşağın əllərini ağzına və burnuna aparması, eləcə də çirklənmiş suyun qəbulu yoluxmaya səbəb olur”.

Chosen
7
cebheinfo.az

1Sources