EN

ABŞ klubuna keçən Nəriman Axundzadə “Qarabağ”a minnətdarlığını bildirib - FOTO

ABŞ-nin “Kolambus Kryu” klubuna transfer olunan Azərbaycan millisinin üzvü Nəriman Axundzadə “Instagram” hesabında paylaşım edib.

İdman.Biz xəbər verir ki, 21 yaşlı forvard “Qarabağ” klubu ilə yollarını ayırdığını açıqlayıb.

O, paylaşımında “Çox sağ ol, böyük “Qarabağ” ailəsi” sözlərini yazıb.

Qeyd edək ki, Nəriman Axundzadə ilə “Kolambus Kryu” arasında imzalanan müqavilə 2029-cu ilin yayına qədər qüvvədə olacaq.

İdman.Biz
Chosen
7
idman.biz

1Sources