Bakı, 11 fevral, AZƏRTAC
Dubay Beynəlxalq Hava Limanı 2025-ci ildə 95,2 milyon sərnişinə xidmət göstərərək tarixinin ən yüksək illik göstəricisinə imza atıb. Bu, ötən illə müqayisədə 3,1 faiz artım deməkdir.
AZƏRTAC WAM informasiya agentliyinə istinadla xəbər verir ki, 2025-ci ildə 454 min 800 uçuş həyata keçirilib, 86,75 milyon baqaj emal olunub.
Hazırda Dubay Beynəlxalq Hava Limanı 110 ölkədə 291 istiqamətə uçuşlar həyata keçirir.