EN

Fransa millisinin sabiq futbolçusu Azərbaycan klununda oynayacaq

ain.az, Qaynarinfo portalına istinadən məlumat verir.

"Qəbələ" transfer pəncərəsinin son günündə heyətini daha bir futbolçu ilə gücləndirib.

Qaynarinfo xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Qırmızı-qaralar" 26 yaşlı dayaq yarımmüdafiəçisi Sambu Sissokonu Fransanın "Valansyen" klubundan mövsümün sonunadək icarə əsasında transfer edib.

Ən son "Valansyen"də çıxış edən fransalı futbolçu bundan əvvəl öz ölkəsində "Reyms", Ukraynada "Vorskla", Belçikada "Seren", Serbiyada "Çukariçki" kimi komandaların formasını geyinib.

Sissoko Fransanın U-19 və U-21 yığmalarının heyətində çıxış edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
12
2
qaynarinfo.az

3Sources