EN

Nərimanı satan ”Qarabağ” 5 hücumçunu gündəminə aldı, iki nəfərlə… SON DƏQİQƏ

Nəriman Axundzadəni "Kolumbus Kru”ya satan ”Qarabağ” bu mövqeyə 5 nəfəri gündəminə alıb.

Gənc hücumçunun ABŞ klubuna getməyə israr etməsi klub rəhbərliyini axtarışları sürətləndirmək məcburiyyətində buraxıb.

Qurban Qurbanovun istəkləri əsasında hərəkət edən yönətim yaxın günlərdə real nəticə əldə etməyi planlaşdırıb.

Maraq dairəsində yer alan ön xətt oyunçulardan ikisiylə ön müqavilə imzalanması nəzərdə tutulub. Onlar şəxsi kontraktı indi bağlayacaq, iyunun ikinci yarısında isə «köhlən atlar»ın düşərgəsinə qoşulacaq.

Dünən Nəriman Axundzadənin MLS klubuna keçidi barədə razılıq əldə olunub. 21 yaşlı forvard ilə 2029-cu ilin iyununa qədər müqavilə imzalanıb.

Nəriman Premyer Liqada 84 oyunda 24 qol vurub. O, komandanın heyətində 3 dəfə ölkə çempionu, 1 dəfə kubokun qalibi olub.

Azərbaycanın U-19 və U-21 yığmalarında da oynamış Nəriman əsas millinin heyətində 13 matç keçirib.

SPORTİNFO.AZ

Chosen
22
sportinfo.az

1Sources