EN

"F1"-in davamı çəkiləcək

Bred Pittin baş rol aldığı “F1” filminin davam filmi çəkiləcək.

Kulis.az xəbər verir ki, yeddiqat dünya çempionu Lüis Hamiltonun da həmmüəllif-prodüser olduğu film bu il dörd “Oskar” mükafatına, o cümlədən “Ən yaxşı film” nominasiyasına namizəd göstərilib.

62 yaşlı Pitt ekran əsərində uzun fasilədən sonra “APXGP” adlı uydurma komanda ilə “Formula 1” yarışlarına qayıdan veteran pilot Sonni Heys obrazını canlandırır.

Filmin davamının çəkiləcəyi ilə bağlı şayiələr aylardır dolaşsa da, bu xəbər indiyədək rəsmi təsdiqini tapmamışdı. Ekran əsəri hazırda “Apple TV” platformasında yayımlanır.

Filmin prodüseri layihənin vaxt qrafiki və aktyor heyəti ilə bağlı detalları açıqlamayıb. O, Pittin filmdə olub-olmayacağı barədə konkret məlumat verməyib.

Chosen
7
1
kulis.az

2Sources