EN

Ukraynada prezident seçkiləri ilə bağlı rəsmi açıqlama yoxdur - Kreml

Ukraynada prezident seçkiləri ilə bağlı hələ rəsmi açıqlama verilməyib.

Missiya.Az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, jurnalistlərə məlumatları yalnız ilkin mənbələrdən götürməyi tövsiyə edib.

Financial Times isə mənbələrinə istinadən xəbər yayıb ki, Zelenski hərbi vəziyyət səbəbindən təxirə salınan seçkiləri sülh müqaviləsi üzrə referendumla birlikdə “qısa müddətdə” keçirməyə razıdır. Lakin prezidentə yaxın mənbə RBC-Ukraine-a bu məlumatı təkzib edib.

Ötən ilin dekabrında Zelenski ABŞ və Avropa Birliyi ilə razılaşaraq, səsvermənin təhlükəsizliyi təmin olunarsa, növbəti 60-90 gün ərzində seçkilərin keçiriləcəyini bildirmişdi.

Seyranə QuliyevaMissiya.Az

Chosen
111
missiya.az

1Sources