Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Qəbələ" transfer pəncərəsinin son günündə heyətini daha bir futbolçu ilə möhkəmləndirib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Qırmızı-qaralar" 26 yaşlı dayaq yarımmüdafiəçisi Sambu Sissokonu Fransanın "Valansyen" klubundan mövsümün sonunadək icarə əsasında transfer edib.
Ən son "Valansyen"də çıxış edən fransalı futbolçu bundan əvvəl öz ölkəsində "Reyms", Ukraynada "Vorskla", Belçikada isə "Seren" kimi komandaların formasını geyinib.
Sissoko Fransanın U-19 və U-21 yığmalarının tərkibində yer alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.