EN

Abşeronda yeniyetmə yıxılaraq xəsarət alıb

Abşeron rayonunda 17 yaşlı yeniyetmə yıxılaraq xəsarət alıb.

"Cebheinfo.az" xəbər verir ki, hadisə rayonun Mehdiabad qəsəbəsində baş verib.

Məlumata görə, qəsəbə ərazisində yıxılan 2009-cu il təvəllüdlü K.K-nin qarnına yerdə olan dəmir parçası batıb.

Daxilə nüfuz edən xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Chosen
52
7
cebheinfo.az

10Sources