EN

Britni Spirs bütün musiqi kataloqunu satdı

ain.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Pop ulduzu Britni Spirs gözlənilməz qərar verib.

Kulis.az xəbər verir ki, 44 yaşlı müğənni musiqi kataloqunu 30 dekabr tarixində müstəqil musiqi nəşriyyatçısı "Primary Wave" şirkətinə təxminən 200 milyon dollar (146 milyon funt sterlinq) qarşılığında satıb.

Müğənni 2024-cü ilin yanvarında heç vaxt musiqiyə qayıtmayacağını bildirmişdi. Onun son mahnısı 2022-ci ildə Elton Conla birlikdə ifa etdiyi duet olub.

Satışın detalları və Spirsin kataloqunun dəqiq məbləği ictimaiyyətə açıqlanmayıb.

Qeyd edək ki, "Primary Wave" daha əvvəl Notorious B.I.G., Prins və Uitni Hyuston kimi sənətçilərin də kataloqunun hüquqlarını əldə edib.

Tanınmış aktyordan süni intellektə qarşı hüquqi addım

Rıbak üçüncü dəfə “Avroviziya”da

Ramilə Şamilovanın qrup sərgisi olacaq

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
9
1
kulis.az

2Sources