“Turan Tovuz”un kapitanı Faiq Hacıyev premyer-liqada 100-cü oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, onun yubileyi “Karvan-Yevlax”la matça (1:0) təsadüf edib. Futbolçu Misli premyer-liqasının 19-cu turunun görüşünə start heyətində çıxıb. Faiq keçirdiyi 100 qarşılaşmada 3 qol vurub.
25 yaşlı müdafiəçi iki klubun formasını geyib. 2019/20 mövsümündə “Qəbələ"də premyer-liqada debüt edən futbolçu “qırmızı-qaralar”la 6 oyuna çıxıb. O, “Turan Tovuz”dakı 94 görüşdə 3 qol vurub.
Faiq turnirin tarixində 100 və daha çox oyun keçirən 451-ci futbolçu olub.