EN

Sabiq vəzifəli şəxs rüşvətə görə həbs olundu

Azpost portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiyanın Xalq Təsərrüfatı Akademiyasının (RANXİGS) Kapital Tikinti İdarəsinin sabiq rəisi iki dəfə rüşvət almaqda təqsirli bilinərək məhkum olunub. AzPost Rusiya mətbuatına istinadla xəbər verir ki, sabiq vəzifəli şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib və 45 milyon rubl məbləğində cərimə olunub.

Məhkəmənin qərarına əsasən, o, həmçinin dövlət orqanlarında təşkilati-idarəetmə və inzibati-təsərrüfat funksiyaları ilə bağlı vəzifələr tutmaq hüququndan 9 il müddətinə məhrum edilib.

Bundan başqa, məhkəmə hökmü ilə təqsirləndirilən şəxsdən dövlət gəliri üçün təxminən 37,5 milyon rubl vəsait müsadirə edilib.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
7
1
azpost.info

2Sources