EN

Nüşabə Musayeva: "Xalam bizim nəslin üz qarasıdır"

Xalasını məhkəməyə verən və məhkəmədə qalib gələn  Nüşabə Musayeva ondan qısasını aldığığını bildirib.

News365.az xəbər verir ki, məşhur muğənni açıqlamasında bu anı illərlə gözlədiyini bildirib:

"Kimə nə yaşatmısansa, onu da yaşayacaqsan. 30 ildən sonra hər şeyin üstü açıldı. Mən bu işdən üzüağ çıxdım. Hər nəslin bir üz qarası olur, xalam da bizim nəslin üz qarasıdır.  Düzdür bəzi qohumlarımız bu içdə mənə məsləhət gördülər ki, xalamdır ona qarşı güzəştə gedim, amma mən onlara qulaq asmadım. Ümumiyyətlə onlarla əlaqələrimi kəsdim. Çünki xalam mənə qarşı pis rəftar edəndə onlar heç biri ona qarşı çıxmamışdı. Onun əməllərinə göz yummuşdular. Mən qisasçı adamam ola bilər bu gün mənə edilən pisliyə cavab verə bilməyim, amma unutmuram illər keçir vaxtı çatanda qisasımı alıram. Bu da uşaqlığda mənə edilənlərin qisası idi".

Qeyd edək ki, Nüşabə Musayevanın anası rəhmətə gedəndən sonra xalası onun atası ilə evlənib. Müğənnin analığı olub.

Chosen
17
news365.az

1Sources