EN

Polşa ordusu hələ də köhnəlmiş metal dəbilqələrdən istifadə edir

Sosialist Polşa dövründə istehsal olunmuş metal dəbilqələr hələ də Polşa ordusunda istifadə olunur.

Herbiand.az bildirir ki, bu barədə Rzeczpospolita qəzeti xəbər verib.

Nəşrin məlumatına görə, hələ 2024-cü ilin yanvar ayında Müdafiə Nazirliyi köhnəlmiş metal dəbilqələrin tamamilə ləğv edilməsi və onların kompozit materiallardan hazırlanmış müasir FAST tipli dəbilqələrlə əvəz edilməsi planlarını açıqlamışdı. Lakin bu planlar hələ də həyata keçirilməyib.

Bununla belə demək olar ki, bütün quru qoşunları bölmələri artıq müasir dəbilqələrlə təchiz olunsa da, 67/75 nümunəli polad dəbilqələr hələ də Ərazi Müdafiə Qüvvələrinin (ƏMQ) şəxsi heyətinə və təlimlərdə iştirak edən ehtiyatda olan hərbçilərə verilir.

Qəzet bildirib ki, Müdafiə Nazirliyi bu məsələni həll etmək üçün növbəti iki il ərzində qoşunlara 21.000 müasir dəbilqənin tədarükü üçün müqavilə imzalayıb. Lakin, Ərazi Müdafiə Qüvvələrinin şəxsi heyətinin 50.000 nəfər olduğu nəzərə alınsa, köhnəlmiş dəbilqələr məsələsi tam həll olunmayacaq.

Bəxtiyar CƏFƏRLİ

Chosen
18
herbiand.az

1Sources