EN

İndi quruda əməliyyatlara başlayacağıq Tramp

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ quru yolu ilə narkotik qaçaqmalçılığına qarşı mübarizəyə başlamaq niyyətindədir.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

"Narkotik qaçaqmalçılığı əhəmiyyətli dərəcədə azaldılıb. Gəmiləri hədəf alaraq narkotik qaçaqmalçılığını azaltmışıq. İndi quruda əməliyyatlara başlayacağıq.

Əvvəlcə gəmilərlə məşğul olmalı idik. Çünki əgər biz quruda zərbə endirsəydik, narkotik kartel üzvləri dərhal gəmilərə keçərdilər. İndi onlar getdiklərinə görə, biz quruda zərbə endirməyə başlayacağıq”, - o bildirib.

Qeyd edək ki, indiyə qədər ABŞ ordusu Karib dənizi və Sakit okeanın şərqində narkotik qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən 130 nəfəri öldürüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
19
2
axar.az

3Sources